• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Dekabrın 10-da Kama Kamilla Beynəlxalq Muğam Mərkəzinin səhnəsində konsert proqramı ilə çıxış edib. 

Dj Gaia ilə birlikdə səhnəyə çıxan müğənni repertuarından sevilən mahnıları təqdim edib. 

Qeyd edək ki, müğənni qrupu ilə birlikdə o, bir çox xalq və caz musiqisi festivallarında çıxış edib. O, təkcə İsraildə deyil, digər ölkələrdə də konsertlərlə qastrol səfərləri edir. Kama özü mahnı yazır və yalnız müəllif əsərlərini ifa edir. Geniş populyarlıq ona The X Factor şousunda çıxışından sonra gəlib. 

Kama Kamilla Bakıda doğulub. 1991-ci ildə anası ilə birlikdə İsrailə köçüb. Atası və digər ailə üzvləri isə Bakıda yaşayır. Kamanın Azərbaycan mədəniyyətinə dərin mənəvi bağını və Bakını tərk edəndən sonra bu mədəniyyətdən ilhamlandığını musiqilərində hiss etmək olar. O, dünyanın müxtəlif səhnələrində ifa edərkən uşaqlıq illərindən bəhs etməyi unutmur, doğma vətəni hiss etdiyi Azərbaycan üçün darıxdığını deyir.