• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

ekabrın 13-də Beynəlxalq Muğam Mərkəzində şair Yusif Həsənbəyin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. 

Tədbirdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, şairin poeziyasını sevərlər iştirak edirdilər.
AYB-nin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə AYB-nin sədri , Xalq yazıçısı Anar, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas çıxış edərək təbriklərində yubilyarı gözəl şair və Azərbaycan musiqisində özünəməxsus yer tutan bir çox mahnıların mətn müəllifi kimi xarakterizə etdilər. Ruhu hər zaman cavan olan şairin öz üslubu, dəsti-xətti ilə seçildiyini dedilər. Gecədə şairin çoxşaxəli yaradıcılığı, tərcüməçi kimi fəaliyyətindən söz açıldı. Qeyd edildi ki, o Azərbaycan dilinin gözəlliyini təbliğ edən şairlərdən biridir. Şairin sözlərinə yazılmış musiqilərlə davam edən gecədə Yusif Həsənbəy tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirərək yeni şeirlərini oxudu.