• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Xəbərlər

Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində "Mərakeş Azərbaycan rəssamlarının gözü ilə" mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin iki ölkə arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə keçirdiyi rəsm müsabiqəsinin yekun tədbirində Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş ölkələrimiz arasında əlaqələrdən söz açıb. Diplomat hər iki ölkənin özünəməxsusluğu və zəngin mədəniyyəti ilə fərqləndiyini qeyd edərək Rabatla Bakının öz regionlarında multikulturalizm mərkəzləri kimi tanındıqlarını deyib.

Sonra Mərakeş və Azərbaycanın mahnılarından ibarət konsert olub.

Xatırladaq ki, Azərbaycanın müxtəlif bölgələrindən 6-18 yaş arasında 500-dən çox iştirakçının olduğu müsabiqədə 9 nəfər (üç yaş kateqoriyası üzrə) qalib adına layiq görülüb.