• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Muzeyimiz

S.Qədimovanın bir müğənni kimi yetişməsində Hüseynqulu Sarabskinın, Seyid Şuşinskinin, Xan Şuşinskinin böyük təsiri olmuşdur. 1941-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. O, həmçinin 1957 – 1962 illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, burada  Leyli və Əsli (Ü.Hacıbəyli - “Leyli və Məcnun” , “Əsli və Kərəm”) partiyalarını ifa etmişdir. S.Qədimovanın repertuarına bütün Azərbaycan muğamları (“Rast”, “Şur”, “Bayatı - Şiraz”, “Şahnaz”, “Qatar” və s.), Azərbaycan xalq və bəstəkar mahnıları, Şərq xalqlarının mahnıları daxil idi. S.Qədimovanın Azərbaycan Televiziya və Radiosunun Fondunda çox sayda səsyazıları qorunub saxlanılır. Müğənni dünyanın bir sıra ölkələrində (İran, İraq, Almaniya, Macarıstan, Efiopiya, İndoneziya, Tunis və s.) qastrol səfərlərində olmuşdur.