• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Muzeyimiz

Tar çalmaq sənətini atasından və əmisi Mansur Mansurovdan öyrənmişdir.1929-cu ildən Azərbaycan Dövlət Şərq orkestrində, sonralar Azərbaycan Televiziya və Radiosunun xalq çalğı alətləri orkestrində fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. O, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Zulfi Adıgözəlov və digər görkəmli xanəndələri müşayiət etmişdir. Ustad tarzən kimi tarın bədii – texniki vasitələrindən məharətlə istifadə etmiş, mizrabi – dəstikari üsulunun – tarın qrifində sol əllə çalmaq üsulunun nadir ifaçılarından olmuş, Sadıqcan, Mirzə Mansur, Məşədi Süleymanın tar ifaçılığının davamçısı olaraq, bir çox texniki üsulları, mürəkkəb çalğı texnikasını yaşatmış və davam etdirmişdir. 1932-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olmuş, uzun illər boyu muğam operalarını tarda müşayiət etmişdir. B.Mansurovun muğam operaları üçün müğənnilərin hazırlanmasında xidməti böyükdür. B. Mansurovun ifasından “Çahargah” (1970) və “Rast” (1978) muğamları nota salınmışdır (bəstəkar Nəriman Məmmədov tərəfindən). “Bayatı – Şiraz”, “Hümayun”, “Nəva – Nişapur”, “Şur”, “Bayatı – kürd”, “Mahur – Hindi”, “Çahargah” muğamları ilk dəfə olaraq, YUNESKO xətti ilə qrammofon valına yazılmışdır (1971, 1975). B.Mansurov musiqişunasların Səmərqənddə keçirilən beynəlxalq simpoziumunun, “Bəstəkar və folklor” Ümumittifaq festivalının iştirakçısıdır (1978). 1941-ci ildən   Azərbaycan Dövlət Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərmiş, bir çox tarzənlərin ustadı olmuşdur.