• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Muzeyimiz

İfaçılıq sənəti Bakı (Abşeron) muğam ifaçılığı məktəbi ilə bağlıdır. Tar ifaçılığını tarzən Şirazlı Əlidən öyrənmiş, sənətini təkmilləşdirmək məqsədi ilə bir müddət İranda yaşamış və muğam sənətinin dərin sirlərinə yiyələnmiş, qədim musiqi traktatları ilə tanış olmuşdur. Mirzə Fərəc Bakıda Məşədi Məlik Mansurovun musiqi məclislərinin fəal üzvü olmuşdur. Bir çox məşhur xanəndələrlə birgə çalmışdır. Musiqi tarixi ilə yaxından maraqlanmış, muğam bilicisi kimi tanınmışdır. Üzeyir Hacıbəylinin rəhbərliyi ilə 1925-ci ildə muğam tədrisi üzrə ilk proqramın hazırlanmasında digər görkəmli muğam ustadları ilə yanaşı iştirak etmiş, “Muğam komisyonu”nun üzvü olmuşdur. Onun tərtib etdiyi muğam cədvəlləri o dövrün muğam ifaçılığı təcrübəsində şöbə və guşələr barədə dolğun məlumat verir və müasir musiqi elmi üçün mühüm əhəmiyyətə malikdir.