• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Muzeyimiz

Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi. İlk musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində almış, Qarabağ, Gəncə, Şəki və s. yerlərdə xanəndəlik etmişdir. 1875-1905 illərdə Tiflisdə yaşamışdır; burada teatr tamaşaları fasilələrində və konsertlərdə, müxtəlif məclislərdə oxumuşdur. Ə.Zülalov geniş diapazonlu məlahətli səsə, güclü zəngulələrə malik sənətkar idi. Onun yaradıcılığı Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Seyid Şuşinski və başqa xanəndələrə təsir göstərmişdir. 1920-ci ildən Bakıya köçmüş, qısa müddətli "Şərq musiqisi kursları”nda (“Şərq konservatoriyası”), 1923 ildən Azərbaycan Dövlət Türk Misiqi Məktəbində muğamatdan dərs demişdir. 

Gənc yaşlarından xanəndəliyə başlayan Bülbülcan əvvəl Azərbaycanda, sonra isə Gürcüstanda, Tiblisi şəhərində bir xanəndə kimi şöhrət qazanmışdır. O, ömrünün 30 ilini (1875-1905) Tiblisi şəhərində yaşamış və fəaliyyət göstərmişdir. Bu illər ərzində Azərbaycan muğamlarını, xalq mahnılarını sevə-sevə ifa etmiş, toy şənliklərində, böyük tədbirlərdə, teatr tamaşalarının arasındakı fasilələrdə öz ansamblı ilə çıxış etmişdir. Onun ansamblı 6 nəfərdən ibarət idi.

O illərdə Tiblisidə elə bir yüksək səviyyəli məclis yox idi ki, Bülbülcan və onun dəstəsi ora dəvət edilməsin. III Aleksandrın Qafqaz səfəri zamanı (1888 ci il) Tiblisinin Müctəhid bağında şərəfinə düzəldilən məclisdə Bülbülcan da iştirak edirdi. Böyük xanəndənin bülbül kimi cəhcəh vurduğundan vəcdə gələn III Aleksandr onun at üstündə Kovalenski prospekti ilə (indiki Rustaveli prospekti) keçib getməsinə icazə verilməsini çar canişininə tapşırmışdır.

 Knyaz Mixayil Romanov (I Nikolayın qardaşı) 1904-cü ildə Tiflisə səfər edərkən  “Edem” bağında təşkil olunmuş ziyafətdə Bülbülcan  o qədər gözəl oxumuşdu ki, knyaz öz barmağındakı 4 karatlıq brilyant üzüyü çıxararaq onun barmağına taxmışdı. Müzəffərəddin şah 1900- cü ildə Avropaya  səfər edərkən bir neçə gün Tiflisdə qonaq qalmış, şərəfinə təşkil olunmuş məclislərin birində Bülbülcanın ifasını  o qədər bəyənmişdir ki, onu “Şiri-xurşid” ordeni ilə təltif etmişdir.

Əbdülbaqi Zülalova Bülbülcan ləqəbini də gözəl zəngulələrinə görə ilk dəfə Tibilisidə vermişdilər. Bülbülcan xeyriyyəçi kimi də fəaliyyət göstərmiş, Tibilisidə təşkil olunan xeyriyyə konsertlərində mütəmadi çıxış etmişdir.O gürcü, ləzgi, kumık dillərini də bilirdi və bu dillərdə də mahnılar oxuyurdu. 

Bülbülcan azərbaycanlı və gürcü musiqiçilər arasında dostluq və qardaşlıq ənənənlərinin bünövrəsini qoyan ilk insanlarımızdan biridir.