• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Muzeyimiz
Bülbülcan - Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov (1841, Şuşa – 1927, Bakı) – xanəndə. Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi. İlk musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində almış, Qarabağ, Gəncə, Şəki və s. yerlərdə xanəndəlik... Daha ətrafl
Sadıqcan - Mirzə Sadıq Əsəd oğlu (1846, Şuşa -1902, Şuşa) – tarzən, müasir Azərbaycan tarının yaradıcısı. 17-18 yaşlarından Mirzə Sadıq tütək, ney, kamança çalmağı öyrənmiş, məşhur misiqiçi Mirzə Əli Əsgər Qarabağidən tar dərsi almışdır. O, virtuoz... Daha ətrafl
Mirzə Fərəc - Fərəc Rza oğlu Rzayev (15.03.1847, Bakı – 27.03.1927, Bakı) – tarzən. İfaçılıq sənəti Bakı (Abşeron) muğam ifaçılığı məktəbi ilə bağlıdır. Tar ifaçılığını tarzən Şirazlı Əlidən öyrənmiş, sənətini təkmilləşdirmək məqsədi ilə... Daha ətrafl
Cabbar Qaryağdıoğlu - Cabbar Məşədi İsmayıl oğlu (31.03.1861, Şuşa – 20.04.1944, Bakı) – xanəndə, xalq artisti (1935).  Cabbar Qaryağdıoğlu XIX əsrin ikinci yarısında yetişən və Azərbaycan musiqi tarixində ən görkəmli rol oynayan xanəndələrdən biridir. Azərbaycan xanəndəlik sənətinin... Daha ətrafl
Rübabə Muradova- Rübabə Xəlil qızı Muradova (22.03.1933, Ərdəbil – 28.08.1983, Bakı) – müğənni (metso-soprano), xalq artisti (1971). Azərbaycan Dövlət Musiqi Məktəbini, Seyid Şuşinskinin sinifini bitirmişdir. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq... Daha ətrafl
Həqiqət Rzayeva -Həqiqət Əli qızı Rzayeva (20.05.1907, Bakı – 02.08.1969, Bakı) – müğənni, pedaqoq, xalq artisti (1943). Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərdən biridir. Güclü və zəngin tembrli soprano səsə malik idi. 1928 – 1932-ci illərdə Azərbaycan... Daha ətrafl
Keçəçioğlu Məhəmməd - Məhəmməd Məşədi Xəlil oğlu (1864, Şuşa – 1940, Quba) – xanəndə. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışdır. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənmişdir.... Daha ətrafl
Zülfi Adigözəlov- Zülfüqar Səmədbəy oğlu Adıgözəlov (31.05.1898, Şuşa şəh., Qaradolaq k. – 31.05.1963, Bakı) – xanəndə, əməkdar artist (1943). Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi. Ilk təhsilini Ağcabədidə almışdır. Uşaqlıqdan gözəl səsi ilə xalqın qəlbinə yol tapdığına görə... Daha ətrafl
Şəkili Ələsgər - Ələsgər Baba oğlu Abdullayev (1866, Şəki – 01.04.1929, Bakı) – xanəndə. Xalq arasında “Şəkili Ələsgər” kimi tanınmışdır. Muğam sənətinin sirlərini xanəndə Keştazlı Həşimdən və Ağabala Ağasəid oğlundan öyrənmişdir. Bakıda fəaliyyət... Daha ətrafl
Əlövsət Sadıqov-Əlövsət Şirəli oğlu Sadıqov (21.12.1906, Şəki – 17.11.1971, Bakı) – mügənni (lirik tenor), xalq artisti (1956). Güclü zil səsə, gözəl zəngulələrə malik xanəndə idi. Xalq mahnılarının və muğamların məşhur ifaçısı olmuşdur. 1928 – 1930 -cu illərdə Azərbaycan... Daha ətrafl
Məşədi Məmməd Fərzəliyev (1872, Şuşa - 1962, İstanbul) - xanəndə. Azərbaycan xanəndəlik məktəbinin ən görkəmli nümayəndələrindən biri. M.M. Fərzəliyev musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində almışdır. Zəngin yaradıclıq yolu... Daha ətrafl
Zabul Qasım - Qasım İbrahim oğlu Abdullayev (1873, Şuşa – 1927, Şuşa) – xanəndə. Qarabağ muğam ifaçılığı məktəbinin tanınmış nümayəndəsi. “Zabul-Segah” muğamının bənzərsiz ifaçısı olmuş və xalq arasında “Zabul Qasım”... Daha ətrafl
Məcid Behbudov- Məcid Behbudalı oğlu Behbudov (18.04.1873, Şuşa – 06.09.1945, Qazax) – xanəndə. Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi. Gözəl səsi olan və uşaqlıqdan xanəndə olmaq arzusu ilə yaşayan M.Behbudov bir müddət məsciddə... Daha ətrafl
Hacı Məmmədov- Hacı Məmməd oğlu Məmmədov (28.04.1920, Şamaxı – 02.08.1981, Bakı) – tarzən, xalq artisti (1963). 1948-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş, 1949 – 1970-ci illərdə həkim – cərrah işləmişdir. Tarda çalmağı müstəqil... Daha ətrafl
Məşədi Cəmil- Cəmil Kərbəlayı Əmiraslan oğlu Əmirov (1875, Şuşa – 1928, Gəncə) – tarzən, bəstəkar, musiqi xadimi. İlk təhsilini mədrəsədə almışdır. Onun musiqiçi kimi yetişməsində dövrünün böyük musiqişünas alimi Mir Möhsün Nəvvabın... Daha ətrafl
Sara Qədimova-Sara Bəbiş qızı Qədimova (31.05.1922, Bakı – 12.05.2005, Bakı) – xanəndə (lirik – koloratur soprano), xalq artisti (1963). S.Qədimovanın bir müğənni kimi yetişməsində Hüseynqulu Sarabskinın, Seyid Şuşinskinin, Xan Şuşinskinin böyük təsiri olmuşdur. 1941-ci ildən Azərbaycan... Daha ətrafl
Hüseynqulu Sarabski - Hüseynqulu Məlik oğlu Rzayev (20.03.1879, Bakı – 16.02.1945, Bakı) – müğənni (lirik-tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, xalq artisti (1932). Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri. Səhnə fəaliyyətinə 1902-ci ildə Bakıda dramatik rollarla başlamışdır. 1908 ildən “Nicat” cəmiyyəti nəzdindəki... Daha ətrafl
Segah İslam - İslam Əbdül oğlu Abdullayev (09.09.1876, Şuşa – 22.09.1964, Bakı) – xanəndə. Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi. Azərbaycan musiqi tarixində İ.Abdullayev “Segah” muğamının təkrarsız ifaçısı kimi... Daha ətrafl
Hacıbaba Hüseynov- Hacıbaba Hüseynəli oğlu Hüseynov (19.03.1919, Bakı – 24.10.1993, Bakı) – xanəndə, xalq artisti (1991). H.Hüseynov ruhani ailəsində böyümüşdür. Erkən yaşlarından güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən... Daha ətrafl
Şövkət Ələkbərova- Şövkət Feyzulla qızı Ələkbərova (20.10.1922, Bakı – 07.02.1993, Bakı) – müğənni (metso-soprano), xalq artisti (1959). Azərbaycan Dövlət Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirmişdir. 1938 – 1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında işləmiş,... Daha ətrafl
Qurban Pirimov -Qurban Baxşəli oğlu Pirimov (30.10.1880, Ağdam r-nu – 29.08.1965, Bakı) – tarzən, xalq artisti (1931). Görkəmli tarzən Sadıqcandan dərs almış, Qarabağ muğam ifaçılığı məktəbinin ənənələrini dərindən mənimsəyən Q.Primov sənətdə öz yolunu açmışdır. Q.Primov... Daha ətrafl
Mirzə Mansur - Mansur Məşədi Məlik oğlu Mansurov (05.01.1887, Bakı – 30.06.1967, Bakı) – tarzən, pedaqoq, əməkdar icəsənət xadimi (1940). Tarzən Mirzə Sadıq Əsəd oğlunun ifaçılıq ənənələrindən bəhrələnmişdir. Mirzə Mansur “Rast”, “Şur”, “Segah”, “Mahur-Hindi” və... Daha ətrafl
Əbülfət Əliyev- Əbülfət Əsəd oğlu Əliyev (30.12.1926, Şuşa – 27.12.1990, Bakı) – xanəndə, xalq artisti (1964). Azərbaycan musiqi mədəniyyəti tarixində Qarabağ xanəndəlik məktəbinin ən görkəmli nümayəndələrindən biri kimi daxil olmuşdur.  O, Qarabağın Xan Şuşinski, Seyid... Daha ətrafl
Seyid Şuşinski - Mir Mövsüm Ağa Seyid İbrahim oğlu (12.04.1889, Şuşa yaxınlığında Horadiz kəndi – 1965, Bakı) – xanəndə, musiqi xadimi, pedaqoq, xalq artisti (1956), əməkdar müəllim (1961). Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri. Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynamışdır. İlk təhsilini... Daha ətrafl
Həbib Bayramov - Həbib Əbdülhüseyn oğlu Bayramov (14.06.1926, Bakı – 15.08.1994, Bakı) – tarzən, xalq artisti (1983). Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almış, 1941 ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan xalq çalğı alətləri ansamblında çalışmış, 1973 ildən... Daha ətrafl
Əhməd Bakıxanov-Əhməd Məmmədrza oğlu Bakıxanov (05.09.1892, Bakı – 26.03.1973, Bakı) – tarzən, pedaqoq, musiqi xadimi, əməkdar müəllim (1943), əməkdar incəsənət xadimi (1964), xalq artisti (1973). İlk təhsilini İranda almış, burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələnmiş, 1920 ildən Bakıda musiqi məclislərində və konsertlərdə... Daha ətrafl
Yaqub Məmmədov- Yaqub Məhəmməd oğlu Məmmədov (05.05.1930, Ağcabədi – 05.07.2002, Bakı) – xanəndə, xalq artisti (1991). Qarabağ xanəndəlik məktəbinin XX əsrin ikinci yarısında yetişmiş orta nəslinin görkəmli nümayəndəsidir. Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov... Daha ətrafl
Xan Şuşinski - İsfəndiyar Aslan Ağa oğlu Cavanşir 20 avqust 1901, Şuşa – 18 mart 1979) — xanəndə, Azərbaycanın xalq artisti (1943).  16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə... Daha ətrafl
Bəhram Mansurov- Bəhram Məşədi Süleymanbəy oğlu Mansurov (12.02.1911, Bakı – 14.05.1985, Bakı) – tarzən, xalq artisti (1978). Tar çalmaq sənətini atasından və əmisi Mansur Mansurovdan öyrənmişdir.1929-cu ildən Azərbaycan Dövlət Şərq orkestrində, sonralar Azərbaycan Televiziya və... Daha ətrafl
Əhsən Dadaşov - Əhsən Əliabbas oğlu Dadaşov (16.08.1924, Bakı – 29.05.1976, Bakı) – tarzən, əməkdar artist (1953). Mansur Mansurovun muğam ənənələrinin davamçısıdır. Muğamların və bəstəkar əsərlərinin tar və ud alətlərində mahir ifaçısı idi. O, həmçinin, bir sıra rəng və... Daha ətrafl