• Binan?n formas? Az?rbaycan?n q?dim musiqi al?tl?rind?n olan tar?n hiss?l?rini xat?rlad?r. ?n m?asir texnologiyadan istifad? edilm?kl? tikil?n bina ???n laz?m? avadanl?q ?taliya, Avstriya, Fransa v? T?rkiy?d?n g?tirilmi?dir.
Fəaliyyətimiz

2008-ci ilin dekabrın 27-də Bakıda Dənizkənarı Milli Parkda Azərbaycan Respublikası Prezidentinin və birinci xanımın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur.

BMM-nin muzey hissəsində görkəmli muğam ustadlarının büstları qoyulmuşdur. Əbdülbaqi Bülbülcan Zülalov ən yaşdı nümayəndə olaraq, ən cavan Rübabə Muradovadır.  Xalqımızın arasında çox sevilən xanəndələr Cabbar Qaryağdı oğlu, Məcid Behbudov, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Yaqub Məmmədov, tarzənlər Mirzə Sadıq Sadıqcan, Qurban Pirimov, Hacı Məmmədov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov və başqaların büstları var. Cəmi 30 büst.

Heydər Əliyev Fondunun  təşəbbüsü  və bilavasitə  rəhbərliyi  altında  2009-cu, 2011-ci, 2013-cü, 2015-ci illərdə  “Muğam Aləmi” Beynəlxalq Muğam Festivalları keçirilmişdir. Onların çərçivəsində  Azərbaycan, Türkiyə, İtaliya, Suriya, İraq, Çin, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan ölkələrinin nümayəndələri iştirak  etmişdirlər.

Heydər Əliyev Fondunun  təşəbbüsü  ilə keçirilən Muğam  müsabiqəsinin seçim  turları və “Muğam  Televiziya  Müsabiqəsi-2011”, “Muğam  Televiziya  Müsabiqəsi-2013” və  “Muğam  Televiziya  Müsabiqəsi-2015” keçirilmişdir.

Eyni zamanda, görkəmli sənət ustalarının  xatirə  gecələri, yubileyləri və yaradıcılıq  axşamları  keçirilmişdir: Xan Şuşinskinin 110 illik  yubileyi, Cabbar Qaryağdı oğlunun 150 illik yubileyi, Qurban Pirimovun  130 illik  yubileyi, Yaqub  Məmmədovun  80 illik  yubileyi , Bəhram  Mənsurovun 100 illik  yubileyi, Hacı  Məmmədovun  90 illik yubileyi  , Mənsum  İbrahimovun  50 illik  yubileyi, Zamiq  Əliyevin 60 illik  yubileyi, Fəxrəddin Dadaşovun  60 illik  yubileyi, Sadıq  Zərbəliyevin  60  yubileyi, Əhmədxan Bakıxanovun 120 illik yubileyi, Sara Qədimovanın 90 illik yubileyi, Səxavət Məmmədovun 60 illik yubileyi, Qədir Rüstəmovun 80 illik yubileyi.

 “Üzeyir  Hacıbəyli -125” Beynəlxalq  Musiqi  Festivalı  keçirilmişdir.

Hər il Beynəlxalq Muğam Mərkəzində Bakı  Caz  Festivalı çərçivəsində konsertlər  keçirilir.

Həmçinin, Beynəlxalq  Muğam Mərkəzinə bir sıra yüksək rəsmi qonaqların, dövlət başçılarının  və  onların xanımlarının vizitləri baş  tutmuşdur. Bunlardan  UNESCO- nun Baş  Katibi  İrina Bokova,  Monteneqronun  Prezidenti Filipp Vuyanoviç,Birləşmiş  Krallığın  Şahzadəsi  Endrü, Polşanın  birinci  xanımı  Mariya  Kaçinskaya,  Latviyanın  birinci  xanımı  Lilita  Zatlere, Avstriyanın  birinci xanımı  Margit  Fişer, Çexiyanın  birinci xanımı  Liviya  Klausovanı, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, Vyetnamın birinci xanımı May Txi Xan adlarını  çəkmək  olar. 

Bundan başqa, Beynəlxalq Muğam Mərkəzində  İran, Fransa, Türkiyə, Polşa, Belçika  Krallığı, Amerika Birləşmiş Ştatları, Koreya, Norveç, Almaniya, Litva, Isveçrə, İtaliya  səfirliklərin tədbirləri keçirilmişdir.

Gələcəkdə Beynəlxalq Muğam Mərkəzində çoxlu maraqlı layihələr keçiriləcək.